27 mart 2025 10:06
199

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib

Gecə saatlarında Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Zaqatala şəhərindən keçən Tala çayı üzərindəki asma körpüdə qeydə alınıb.

Belə ki, "Hyundai" markalı 77-XF-575 dövlət nömrə nişanlı avtomobil körpüdən keçərkən yol kənarında dayanan 62-BC-555 dövlət nömrə nişanlı VAZ-2107 markalı maşına çırpılıb.

Hadisə nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü Vəfa Rəcəbli xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun bloqer olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)