Şəmkirdə arxda kişi meyiti aşkarlanıb.
“İki sahil” xəbər verir ki, meyit şəhər ərazisində fəaliyyət göstərən restoranların birinin yaxınlığından keçən arxda aşkar edilib.
Meyit tibbi ekspertizaya aparılıb. Şəxsiyyəti və ölüm səbəbi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.