Rusiya və ABŞ arasında baş tutan təmaslar münasibətlərin bərpası üçün uzun və çətin bir prosesin başlanğıcıdır.
“İki sahil” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O vurğulayıb ki, bu təmaslar iki ölkənin qarşıdurma olmadan birgə mövcudluğu üçün fürsət pəncərəsi yaradıb.
S.Ryabkov həmçinin qeyd edib ki, Rusiya heç vaxt Qərblə əlaqələrdən yayınmayıb, lakin dialoq qarşılıqlılıq əsasında qurulmalıdır.