Rusiyanın “İrAero” aviaşirkəti aprelin 20-də Orenburq hava limanından Bakı-Orenburq-Bakı marşrutu üzrə reysləri yerinə yetirməyə başlayacaq.
“İki sahil” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Orenburq hava limanının mətbuat xidməti məlumat yayıb.
Azərbaycan paytaxtına birbaşa reyslər bazar günləri “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək.
Bakıdan yola düşmə saat 08:00-da, Orenburqa gəliş 11:30-da, Orenburqdan uçuş 12:30-da, Bakıya gəliş 14:00-da olacaq. Hər şəhər üçün yerli vaxt göstərilib. Uçuş müddəti təxminən 2,5 saat təşkil edəcək.
Parlamentin komitə sədri müasir çağırışlara uyğun İqlim Qanunu qəbul edilməsini zəruri hesab edir
4SİM-in “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın əhatə dairəsi genişlənir