27 mart 2025 16:22
268

Azərbaycanın sement istehsalı və ixracı artıb

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 579,1 min ton sement istehsal edilib.

“İki sahil” xəbər verir ki, Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, sement istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% və ya 32,4 min ton artıb. Belə ki, ötən ilin ilk iki ayında Azərbaycanda 546,7 min ton sement istehsal edilib.

Bununla yanaşı, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 612,9 min ton sement klinkerləri istehsal edilib ki, bu da, illik müqayisədə 11,2%, yaxud da 61,9 min ton çoxdur. 2024-cü ilin eyni dövründə Azərbaycanda 551 min ton sement klinkerləri istehsal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, bu ilin yanvar-fevral aylarında Azərbaycandan 142,2 min ton hazır və yak linker formasında olan sement ixrac edilib. Bu miqdarda ixracdan əldə olunan gəlir 9,1 milyon ABŞ dolları olub.

Sement ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 32 min ton və ya 29%, dəyər ifadəsi ilə 2,7 milyon ABŞ dolları, yaxud da 43% artıb.

Belə ki, 2024-cü ilin bəhs olunan dövründə Azərbaycan 110,2 min ton miqdarında, 6,3 milyon ABŞ dolları dəyərində hazır və ya klinker formasında olan sement ixrac edib.

Qeyd edək ki, bu dövrdə ixrac edilən sement ümumi ixracın 0,13%-ni, qeyri-neft sektoru üzrə ixracın 1,39%-ni təşkil edib.