27 mart 2025 16:36
234

Livanda "Hizbullah"ın diversiya qruplaşmasının komandiri öldürülüb

İsrail hərbi aviasiyasının endirdiyi zərbələr nəticəsində Livanın cənubunda "Hizbullah" təşkilatının "Radvan" diversiya qruplaşmaları bölməsinin komandiri öldürülüb.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrail HHQ-nin endirdiyi zərbə nəticəsində Livanın cənubunda "Hizbullah"ın "Radvan" qüvvələrinin batalyon komandiri Əhməd Adnan Baciqa öldürülüb ", - məlumatda bildirilib.

Qeyd olunub ki, həmin şəxs son aylarda İsrailin arxa cəbhəsinə qarşı terror hücumlarına rəhbərlik edib və İsrailə, eləcə də onun mülki əhalisinə təhlükə törədib.