2014-cü ildə Soçidəki Qış Paralimpiya Oyunlarında çempion olan rusiyalı Nikolay Poluxin diskvalifikasiya edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) mətbuat xidməti məlumat yayıb.
İdmançı antidopinq qaydalarını pozduğuna görə cəzalanıb. Onun 2014-cü ildə olimpiadada əldə etdiyi bütün nəticələri ləğv olunub.
Qeyd edək ki, hazırda 42 yaşı olan Nikolay Poluxin 2014-cü ildəki paralimpiadada xizəklə qarışıq estafetdə qızıl, biatlonda isə iki gümüş medal qazanmışdı. O, 2010-cu ildəki Qış Paralimpiya Oyunlarında da qızıl, bürünc və dörd gümüş mükafat əldə etmişdi.