30 mart 2025 19:59
215

“Zirə” “Şamaxı”ya qalib gəldi

Misli Premyer Liqasının 28-ci turunda “Zirə” “Şamaxı”nı qəbul edib.

İki sahil”in məlumatına görə, qarşılaşmanın 52-ci dəqiqəsində Davit Volkov hesabı açıb. 71-ci dəqiqədə isə Ruan Renato bakılıların üstünlüyünü iki topa yüksəldib.

Yarışda son nöqtəni 90+3-cü dəqiqədə Salifu Suma qoyub – 3-0.

Misli Premyer Liqası,

28-ci tur

30 mart (bazar)

18:00. “Zirə” 3–0 “Şamaxı”

Qollar: Davit Volkov, 52 (1-0), Ruan Renato, 71 (2-0), Salifu Suma, 90+3 (3-0)

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Zirə İdman Kompleksinin stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”