27 mart 2025 17:42
228

Rusiya Silahlı Qüvvələri Ukraynaya məxsus “MiQ-29” təyyarəsini vurub

Rusiyanın hava hücumundan müdafiə vasitələri Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) “MiQ-29” təyyarəsini vurub.

“İki sahil” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, iki ədəd JDAM idarə olunan aviasiya bombası, HIMARS reaktiv yaylım atəş sisteminin mərmisi və 137 pilotsuz uçuş aparatının (PUA) sıradan çıxarıldığı bildirilib.