06 may 2026 16:28
100

BMW-nin gəliri 25 faiz azalıb

Alman avtomobil istehsalçısı BMW ilin birinci rübündə mənfəətin kəskin azaldığını bildirib. Analitiklər azalmanı Çindəki rəqabətin artması, ABŞ-dan gələn tarif təzyiqi və Yaxın Şərqdə davam edən münaqişə ilə əlaqələndirirlər.

“İki sahil” xəbər verir ki, bu barədə dərc olunmuş hesabatda məlumat verilib. 

Vergi öncəsi mənfəət 25% azalaraq 2,3 milyard avroya düşüb. Qrupun ümumi gəliri 8,1% azalaraq 31 milyard avro təşkil edib. Xalis mənfəət 23% azalaraq 1,7 milyard avroya, əməliyyat mənfəəti isə 36% azalaraq 2 milyard avroya düşüb.

Rüblük nəticələrin açıqlanmasından sonra BMW səhmləri 8,5% artıb. İnvestorlar satış azalmasının analitiklərin gözlədiyindən daha az ciddi olmasından məmnun olublar. Bundan əlavə, şirkət bu il çətinliklərin öhdəsindən gələ biləcəyinə əmin olduğunu bildirərək, tam illik gəlir proqnozunu aşağı salmayıb.