27 mart 2025 18:18
185

Kallas: Rusiyaya qarşı sanksiyalar Mərkəzi Asiya ölkələrinə ziyan vurur

Rusiyaya qarşı sanksiyalar Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarına zərər verir, lakin bu region vasitəsilə sanksiyalardan yan keçilməsinə yol vermək olmaz.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında bildirib.

"Avropa İttifaqı Rusiyanın hərbi maşınını zəiflətmək üçün 16 sanksiyalar paketi tətbiq edib və biz 17-ci paket üzərində işləyirik. Buna görə də mən sanksiyalarımızdan həm də Mərkəzi Asiya vasitəsilə yan keçilməsi ilə mübarizənin vacibliyini vurğuladım. Başa düşürəm ki, bu sanksiyalar sizin iqtisadiyyatınıza ziyan vurur, lakin hamımızın bu müharibənin bitməsini istədiyimiz aydındır. Rusiya şirkətlərinin sanksiyalardan yan keçmək üçün Mərkəzi Asiyaya müraciət etməsinə yol vermək olmaz", - o qeyd edib.