Tonqa Krallığının sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların episentri episentri təxminən 1700 nəfərin yaşadığı Panqay şəhərindən 76 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.