Rumıniyanın Eforie Nord şəhərində keçirilən kişilər arasında şahmat üzrə Avropa çempionatı başa çatıb.
“İki sahil” xəbər verir ki, təmsilçimiz, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) şahmatçısı Read Səmədov son turda qələbə qazanaraq turniri 12-ci pillədə başa vurub və bu il keçiriləcək Dünya Kubokuna vəsiqə əldə edib!
Eyni zamanda, Avropa çempionatında ikinci qrossmeyster (GM) balını toplayan Read Səmədov qrossmeyster normasını tamamlayıb!
AHİTA şahmatçını təbrik edir, gələcək yarışlarda uğurlar arzulayır.
AİA-da Kembric Universitetinin ekspertinin rəhbərliyi ilə dəyirmi masa keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək