28 mart 2025 08:58
191

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib

Beyləqan rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"İki sahil"in məlumatına görə, 2006-cı il təvəllüdlü Bilalov Xəyal Əsgər oğlu avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı sürücü xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin mübarək travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.