Gəncədə avtomobil 76 yaşlı piyadanı vuraraq öldürüb.
“İki sahil” xəbər verir ki, şəhər ərazisində 1949-cu il təvəllüdlü Yunis İsayevi avtomobil vurub.
Xəstəxanaya çatdırılan ağır yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.