29 mart 2025 00:55
214

Biz bir çox məsələdə razılığa gəldik - Tramp

ABŞ prezidenti Donald Tramp və Kanadanın baş naziri Mark Karni arasında ilk telefon danışığı olub.

“İki sahil” xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial media hesabında yazıb.

O, müzakirənin məhsuldar olduğunu bildirib: “Kanadanın baş naziri Mark Karni ilə söhbəti indicə bitirdim. Son dərəcə məhsuldar söhbət oldu. Biz bir çox məsələdə razılığa gəldik. Kanadada keçiriləcək seçkilərdən dərhal sonra görüşəcəyik”.

Xatırladaq ki, martın 9-da Castin Trüdo hökumət başçısı və Kanadanın hakim Liberal Partiyasının liderliyindən istefa verdikdən sonra Karni onun vəzifəsini tutub. “CBC” telekanalı Kanada hökumətindəki mənbələrə istinadən erkən seçkilərin aprelin 28-də və ya mayın 5-də keçirilə biləcəyini bildirib.