31 mart 2025 18:05
182

İsrailin hücumları bərpa edildikdən sonra Qəzzada 1001 nəfər ölüb

2025-ci il martın 18-də İsrail atəşkəsi yenidən pozub. Həmin tarixdən bu yana Qəzzada 1001 nəfər ölüb, 2359 nəfər isə yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, son 48 saat ərzində İsrailin həyata keçirdiyi hücumlarda, azı, 80 nəfər ölüb, 305 nəfər isə yaralanıb.

Qeyd edilib ki, müharibənin başladığı 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağında, ümumilikdə, 50 357 nəfər ölüb, 114 400 nəfər isə yaralanıb.