29 mart 2025 13:27
226

Braziliya millisində baş məşqçi postuna üç əsas namizəd açıqlanıb

Braziliya Futbol Konfederasiyası (CBF) milli komandaya əcnəbi baş məşqçi təyin etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə yerli UOL nəşri məlumat yayıb.

Dorival Juniorun istefaya göndərilməsindən sonra CBF üç əsas namizədi nəzərdən keçirir. Bunlar Karlo Ançelotti ("Real Madrid"), Xosep Qvardiola ("Mançester Siti") və Jorji Jezuşdur ("Əl-Hilal").

İddiaya görə, qurumun prezidenti Ednaldo Rodriqes Ançelottinin namizədliyinə üstünlük verir.

Qeyd edək ki, Braziliya yığması son olaraq DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 1:4 hesabı ilə uduzub.