Bu gün Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı başlayır.
“İki sahil” xəbər verir ki, AHİTA-nın şahmatçısı Gövhər Beydullayeva bu mötəbər yarışda Azərbaycanı təmsil edəcək.
G.Beydullayeva yarışda uğur qazanmaq və yüksək nəticə göstərmək üçün meydanda olacaq.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçiriləcək yarış 11 turdan ibarət olacaq. Avropa çempionatında ilk 10 yeri tutacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaq.