29 mart 2025 20:52
207

Futzal millimiz Türkiyəyə uduzub

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində sonuncu oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Xorvatiyada təşkil olunan turnirdə yığma Türkiyə ilə üz-üzə gəlib.

Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:1.

Qeyd edək ki, İlqar Aslanovun baş məşqçisi olduğu kollektiv daha əvvəl Bosniya və Herseqovinaya 2:10 hesabı uduzub, Xorvatiya ilə heç-heçə edib - 3:3.