Çexiyanın Litomışl şəhəri yaxınlığındakı Banatki kəndində keçirilən motokros yarışı zamanı bir motosikletçi həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə respublikanın xilasetmə xidmətinin mətbuat katibi Alena Kisiala məlumat verib.
"Litomışl yaxınlığındakı Banatki kəndi yaxınlığında keçirilən motokros yarışı zamanı yarış iştirakçılarından biri həlak olub", - o qeyd edib.
Yarışda 139 idmançı iştirak edib. Ölən şəxs 1960-cı il təvəllüdlüdür və yarışın ən təcrübəli iştirakçılarından biri olub.