29 mart 2025 23:40
222

BTQ müstəmləkəçiliyə qarşı mübarizəyə dəstək fləşmobu ilə bağlı paylaşım edib

Bakı Təşəbbüs Qrupu müstəmləkəçiliyə qarşı mübarizəyə dəstək fləşmobu ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

"Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilən "Kolonializm: milli-dini kimliyin silinməsi" adlı beynəlxalq konfrans çərçivəsində müstəmləkə rejimlərinə qarşı mübarizə aparanlara dəstək üçün fləşmob keçirilib. Konfrans iştirakçıları dinc etirazlarda iştirak etdiklərinə görə Fransa hakimiyyəti tərəfindən həbs edilmiş Yeni Kaledoniya siyasi məhbusları ilə həmrəyliklərini ifadə ediblər, onların azadlığa buraxılmalarına çağırıblar, "Müstəmləkəçiliyə son!" və "Azadlıq" yazıları olan plakatlar qaldırıblar".