30 mart 2025 11:05
194

Türkiyə Suriyada baş verənləri yaxından izləyir - Ərdoğan

Türkiyə cənub sərhədlərində qeyri- sabitliyi davam etdirmək istəyənlərin fərqindədir.

“İki sahil” NTV-yə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə təbrikində deyib.

O bildirib ki, Türkiyə Suriyada baş verənləri yaxından izləyir: “Lazımi tədbirləri görürük. Suriyanın ərazi bütövlüyünü və milli birliyini pozmaq istəyənlərin fərqindəyik. Belə addımlara imkan verməyəcəyik”.