30 mart 2025 13:00
218

Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın bədii gimnastı Şəms Ağahüseynova Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirində bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, o, topla hərəkətlərin icrasında yüksək nəticə göstərərək fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.