30 mart 2025 23:45
201

İngiltərə Liqa kubokunun son yarımfinalçıları bilindi

Bu gün İngiltərə Liqa kubokunun 1/4 finalının son oyunları keçirilib. 

“İki sahil” xəbər verir ki, "Aston Villa" səfərdə "Preston"la qarşılaşıb. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Birmingem təmsilçisi yarımfinalda "Kristal Pelas"la qarşılaşacaq. 

Günün ikinci matçında "Bornmut" "Mançester Siti"ni qəbul edib. Oyun "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilı yekunlaşıb. Mançester klubu növbəti mərhələdə "Nottingem Forest"lə mübarizə aparacaq. 

30 mart 

"Preston" - "Aston Villa" - 0:3
Qollar: Reşford, 58, 63 - pen; Remzi, 71

"Bornmut" - "Mançester Siti" - 1:2 
Qollar: Evanilson, 21 - Haaland, 49; Marmuş, 63