31 mart 2025 13:30
199

Novak Cokoviç final görüşündə 19 yaşlı tennisçiyə məğlub oldu

Serbiyalı tennisçi Novak Cokoviç Mayamidə keçirilən turnirin finalında 19 yaşlı çexiyalı Yakub Menşikə uduzub.

“İki sahil” xəbər verir ki, iki saat beş dəqiqə davam edən qarşılaşma 37 yaşlı serbiyalının 0:2 (6:7, 6:7) hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, bu, Menşikin Peşəkar Tennis Assosiasiyası (ATP) turnirlərində ilk çempionluğudur.