31 mart 2025 16:05
174

Sabah avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Bəzi dağlıq rayonlarda aprelin 1-də gecə və səhər saatlarında avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Bu barədə "İki sahil"ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, görünüş məsafəsinin məhdudlaşması sabah olacaq dumanlı hava şəraiti ilə əlaqədardır.