Azərbaycan kommersiya yüklərinin daşınması (boru kəməri ilə nəql istisna olmaqla) üzrə MDB ölkələri arasında 2024-cü ilin yekunlarına görə 4-cü olub.
2024-cü ildə ölkədə 171 milyon ton yük daşınıb ki, bu da 2023-cü illə müqayisədə 5,7 % çoxdur.
Dəmir yolu nəqliyyatı ilə 18,5 milyon ton (2023-cü illə müqayisədə 1,4 % çoxdur), avtomobil nəqliyyatı ilə 143,5 milyon ton (+6,9 %), su nəqliyyatı ilə 8,6 milyon ton (-4,3 %), hava nəqliyyatı ilə isə 0,411 milyon ton (+15 %) yük daşınıb.
MDB ölkələri arasında yükdaşımaların həcminə görə Azərbaycan Ermənistan, Qırğızıstan, Moldova və Tacikistanı qabaqlayır.
Ötən il yükdaşımaların həcminə görə MDB ölkələri arasında ilk üçlüyə Rusiya - 4,064 milyard ton (+8,3 %), Özbəkistan - 1,459 milyard ton (+4,6 %) və Qazaxıstan - 783,4 milyon ton (+11 %) daxil olub.
Azərbaycandan sonrakı sıralarda isə 114 milyon ton (+15,5 %) yükdaşıma həcmi ilə Tacikistan, 53,6 milyon ton (+5,8 %) ilə Qırğızıstan, 14,2 milyon ton (+4,4 %) ilə Moldova və 10,3 milyon ton (-13,9 %) ilə Ermənistan yer alıb.
2024-cü ildə MDB məkanında yükdaşımaların ümumi həcmi 2023-cü illə müqayisədə 7,8 % artaraq 6,676 milyard ton təşkil edib.
Hesabata əsasən, 2024-cü ildə Azərbaycanda yük dövriyyəsi 30,8 milyard ton/km-ə çatıb ki, bu da 2023-cü ildəkindən 17,3 % çoxdur.
Azərbaycan bu göstəricidə də Ermənistan, Qırğızıstan, Moldova və Tacikistanı qabaqlayır.
2024-cü ildə yük dövriyyəsinə görə MDB ölkələri arasında ilk üçlükdə Rusiya - 2,951 trilyon ton/km (-3 %), Qazaxıstan - 365,4 milyard ton/km (+2,2 %) və Belarus - 74 milyard ton/km (+1,5 %) qərarlaşıb.
Azərbaycandan sonrakı sıralarda isə 50,7 milyard ton/km (+3,2 %) yük dövriyyəsi ilə Özbəkistan, 13,3 milyard ton/km ilə Tacikistan (+16,9 %), Moldova - 4,3 milyard ton/km (+1,6 %), Qırğızıstan - 2,9 milyard ton/km (+4,5 %) və Ermənistan - 14,9 milyard ton/km (+14,9 %) yer alıb.
2024-cü ildə MDB-də ümumi yük dövriyyəsi 3,422 trilyon ton/km təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,1 % azdır.
“Report”