01 aprel 2025 08:44
150

“Bloomberg”in keçmiş əməkdaşı ailəsi ilə birlikdə ölü tapıldı

“Bloomberg”in keçmiş əməkdaşı Riçard Samarel ailəsi ilə birlikdə Cənubi Karolinadakı malikanəsində ölü tapılıb.

İki sahil” xəbər verir ki, bu barədə “New York Post” qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Qeyd edilib ki, polis narahat qonşuların zəngindən sonra martın 29-da səhər saatlarında Riçardın, arvadı Linanın və doqquz yaşlı qızı Samantanın cəsədlərini aşkar edib.

Polis hələlik hadisənin təfərrüatlarını açıqlamayıb və ya cütlüyün və övladının ölümünün qəza və ya qətl olub-olmadığını açıqlamayıb.

Nəşrin məlumatına görə, hadisə zamanı cütlüyün digər uşaqları, başqa bir qızı və bir oğlu məktəbdə olub.

Qəzetin yazdığına görə, Riçard Samarel əvvəllər “Bloomberg”də qiymətli kağızlar meneceri, Lina isə ABŞ Veteranlarla İş Departamentində çalışıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”