01 aprel 2025 09:28
150

Bakıda piyadanı vuraraq öldürüb qaçan sürücü tutulub

Bakıda piyadanı vuraraq öldürüb qaçan sürücü tutulub.

“İki sahil” xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Şamxal Şirinov idarə etdiyi BMV markalı avtomobilə Bahar Əsgərovanı vuraraq hadisə yerindən qaçıb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törədən Şamxal Şirinov müəyyən edilib və tutularaq istintaqa təhvil verilib. Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.