Moldovanın paytaxtında Qaqauziyanın həbsdə olan rəhbəri Yevgeniya Qutsulun tərəfdarları məhkəmə binası qarşısında toplaşır.
“İki sahil” xəbər verir ki, bu barədə "Sputnik Moldova" məlumat yayıb.
Agentliyin Telegram-kanalında yayımlanan videoda “siyasi repressiya” tətbiq edilən Qaqauziya rəhbərinin getdikcə daha çox tərəfdarlarının Kişinyovda məhkəmə binası qarşısında toplaşdığı görünür.
Martın 28-də Moldovada məhkəmə Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu 2023-cü il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı ittihamlarla 20 sutka müddətinə həbs edib.
Bundan əvvəl Qutsulun mətbuat xidməti prokurorun ictimaiyyəti yanlış məlumatlandırdığını bildirmişdi.