01 aprel 2025 15:17
168

Türkiyədə Ramazan bayramı tətilinin ilk üç günündə 27 nəfər yol qəzasında ölüb

Türkiyədə Ramazan bayramı tətilinin üç günü ərzində yol-nəqliyyat hadisələri nəticəsində 27 nəfər ölüb, 3619 nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.

Onun sözlərinə görə, üç gün ərzində 2 138 yol-nəqliyyat hadisəsi qeydə alınıb.