Bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə (70,4 milyon ABŞ dolları) məxsus olub.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın fevral sayında bildirilir.
Reytinq cədvəlində növbəti yerlərdə SOCAR-ın 57 % payla təmsil olunduğu "SOCAR Polymer" MMC (30,3 milyon ABŞ dolları), Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki "Azəralüminium" MMC (23,4 milyon ABŞ dolları), "AzerGold" QSC (21,6 milyon ABŞ dolları), ilk dəfə SOCAR-ın Qaz İxrac İdarəsi (15,6 milyon ABŞ dolları), “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (7,8 milyon ABŞ dolları), "Azərbaycan Hava Yolları" QSC (1,9 milyon ABŞ dolları), "Azərenerji" ASC (617,6 min ABŞ dolları), Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti (164,6 min ABŞ dolları) və "Qaradağ Şüşə Zavodu" ASC (43 min ABŞ dolları) qərarlaşıb.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub