Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında prioritet istiqamətləri müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, o, EBRD-nin Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb.
Görüş zamanı Azərbaycan-EBRD əməkdaşlığının prioritet istiqamətləri, sosial infrastrukturun inkişafı sahəsində həyata keçirilən layihələr, “yaşıl enerji”yə keçid və dövlət-özəl tərəfdaşlığı üzrə təşəbbüslər barədə müzakirələr aparılıb.
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib
"Moody’s": "Bank Respublika" və "AccessBank"ın birləşməsi bankın Azərbaycan bazarındakı mövqeyini gücləndirəcək