Energetika naziri Pərviz Şahbazov ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Davamlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycanın enerji sahəsində AYİB-lə uzunmüddətli uğurlu tərəfdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. Bankla birgə həyata keçirilmiş və davam edən layihələrin əhəmiyyətindən bəhs edilib. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, həmçinin “yaşıl enerji dəhliz”ləri layihələri çərçivəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Azərbaycanda elektrik enerjisi sahəsində həyata keçirilən islahatlar, bərpa olunan enerji güclərinin 2030-cü ilədək şəbəkəyə inteqrasiyası planları, enerji saxlanc sistemləri və enerji tənzimləməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin “Azərbaycanın Milli Hidrogen Strategiyası”nın hazırlanması üzrə əməkdaşlığa toxunulub və əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə olunub.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub