Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Rumıniyanın Milli Enerji Tənzimləmə Qurumu (ANRE) arasında enerji tənzimlənməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, Agentlikdən verilən məlumata görə, sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və ANRE-nin prezidenti Corce-Serciu Nikulesku imzalayıblar.
Tədbirdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, eləcə də hər iki tənzimləyici qurumun əməkdaşları iştirak ediblər.
Anlaşma memorandumu enerji tənzimlənməsi sahəsində iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandum çərçivəsində elektrik enerjisi və bərpaolunan enerji, təbii qaz, yaşıl hidrogen, enerji infrastrukturu, həmçinin digər məsələlər üzrə məlumat və təcrübə mübadiləsi aparılacaq.
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib
"Moody’s": "Bank Respublika" və "AccessBank"ın birləşməsi bankın Azərbaycan bazarındakı mövqeyini gücləndirəcək
2027-ci ilin büdcə siyasətində yeniliklər: vergi borclarına görə güzəştlər, DNF transfertlərinə yeni limit