Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən KISS markalı qatar yeni FLIRT qatarı ilə əvəz edilir.
"İki sahil" “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, aprelin 5-dən FLIRT qatarı ənənəvi hərəkət cədvəli əsasında həftənin şənbə günləri Bakıdan Qəbələyə, bazar günləri isə Qəbələdən Bakıya yola düşəcək.
Məlumata əsasən, ən son təhlükəsizlik sistemləri ilə təchiz edilmiş birmərtəbəli yeni qatarda sərnişinlərin rahatlığı üçün bar-vaqon, velosiped daşımaq üçün ayrılmış yerlər, inklüziv səyahət imkanları və s. təqdim olunur.
Xatırladaq ki, aprelin 1-dən Abşeron dairəvi marşrutu üzrə İsveçrənin “Stadler” şirkətinin istehsalı olan FLIRT qatarı istifadəyə verilib. Qatarın maksimal sürəti 125 km/s, orta sürəti 85 km/s-dir.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub