Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniya arasında bir sıra enerji məsələləri müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O bildirib ki, o, Rumıniyanın energetika naziri Sebastian Burduja ilə görüşüb.
Görüşdə Azərbaycan və Rumıniya arasında yüksək səviyyəli ikitərəfli münasibətləri xüsusi olaraq qeyd edilib: “Görüş çərçivəsində SOCAR-ın Rumıniyadakı fəaliyyəti, təbii qaz təchizatı və nəqli, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardıq”.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub