Böyük Britaniyanın BP şirkəti 2029-cu ilə qədər “Shah Deniz Compression” (SDC) platformasını istifadəyə verməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mett Kirkhem bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında bildirib.
"Hazırda layihə çərçivəsində Azərbaycan hökuməti və ictimaiyyətlə onun ekoloji və sosial təsirinin qiymətləndirilməsini müzakirə edirik. Məqsədimiz bu ilin ortalarına qədər yekun investisiya qərarını qəbul etmək, gələn il tikintiyə başlamaq və platformanı 2029-cu ilə qədər istismara verməkdir", - M.Kirkhem qeyd edib.
O əlavə edib ki, layihənin məqsədi aşağı təzyiqli qaz ehtiyatlarına çıxışın təmin edilməsi və hasilatın maksimum həddə çatdırılmasıdır. Layihə elektrik enerjisi ilə işləyən kompressor qurğularına malik dəniz platformasının tikintisi və istifadəyə verilməsini əhatə edir.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub