06 aprel 2025 22:29
176

İngiltərə Premyer Liqasını tərk edəcəkləri rəsmiləşdi

İngiltərə Premyer Liqasında 31-ci turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, bu gün "Tottenhem" öz meydanında "Sauthempton"u qəbul edib. Görüş London təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekublaşıb. 

Bununla da "Sauthempton"un İngiltərə Premyer Liqasından aşağı liqaya enişi rəsmiləşib. Beləliklə, Hempşir komandası növbəti mövsüm Çempionşipdə çıxış edəcək. 

Qeyd edək ki, "Tottenhem" turnir cədvəlində 37 xalla 14-cü, "Sauthempton" isə 10 xalla sonuncu – 20-ci yerdədir.

6 aprel

"Tottenhem" – "Sauthempton" - 3:1 
Qollar: Conson, 13, 42; Tel, 90+6-pen. – Fernandeş, 90