Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 milyard 733,4 milyon manat, xərcləri isə 8 milyard 115 milyon manat təşkil edib.
"İki sahil" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 % çox və 1,6 % azdır.
Hesabat dövründə gəlirlər 101,8 %, xərclər isə 98 % icra edilib.
Son nəticədə büdcədə 1 milyard 618,4 milyon manat profisit yaranıb ki, bu da 1 il əvvələ nisbətən 97 % çoxdur.
"Yanvar-mart aylarında xəzinədarlıq orqanları 320 mindən çox ödəniş tapşırığı yerinə yetirib və büdcə gəlirlərini artıqlaması ilə icra edib. Büdcə xərclərinin az icra edilməsi isə mart ayında iş günlərinin sayının az olması ilə bağlıdır", - deyə nazirlik bəyan edib.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub