Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 430,5 milyon manat təşkil edib.
“İki sahil” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,4 milyon manat və yaxud 2,7 % azdır.
Xatırladaq ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, rüb ərzində həmin məbləğin 21,7 %-i təmin olunub.
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib
"Moody’s": "Bank Respublika" və "AccessBank"ın birləşməsi bankın Azərbaycan bazarındakı mövqeyini gücləndirəcək
2027-ci ilin büdcə siyasətində yeniliklər: vergi borclarına görə güzəştlər, DNF transfertlərinə yeni limit