08 aprel 2025 16:55
209

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 6,1 milyard manatdan çox olub

Bu ilin yanvar-mart aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 6 milyard 114,2 milyon manat olub.

Bu barədə "İki sahil" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 596,2 milyon manatdan, yaxud 10,8 faizdən çoxdur.

Bildirilib ki, indiyədək ölkə ərazisində 105 694 ədəd belə NKA quraşdırılıb.

"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - məlumatda qeyd olunub.