Pakistan Beynəlxalq Hava Yolları aprel ayının sonuna kimi Bakıya birbaşa reysləri bərpa etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Pakistanın Milli Gününə həsr olunmuş tədbirdə bildirib.
Diplomat bu reyslərin bərpası ilə Azərbaycana gələn pakistanlı turistlərin sayının artacağına ümid etdiyini söyləyib.
“Azərbaycanın zəngin mədəniyyətinə və tarixinə heyranıq. Keçən il Pakistandan 81 mindən çox turist gözəl Azərbaycana səfər edib. Pakistan Beynəlxalq Hava Yolları bu ayın sonuna kimi Bakıya birbaşa uçuşları bərpa etməyi planlaşdırdığından biz bu il 100 min turist həddini keçəcəyimizə ümid edirik. Xalqlarımız arasındakı möhkəm dostluq və qardaşlıq həqiqətən də həmrəylik mayakı və əməkdaşlığın parlaq nümunəsidir”, - o deyib.
Q.Mohiuddin xatırladıb ki, Azərbaycan ilə Pakistan arasında qarşılıqlı hörmət, əməkdaşlıq və ümumi maraqlara əsaslanan çoxillik münasibətlər mövcuddur.
“Uzun illər ərzində ölkələrimiz diplomatik münasibətlərdən kənara çıxan və mədəni, iqtisadi və strateji aspektləri əhatə edən tərəfdaşlığı gücləndirərək, hər cür şəraitdə bir-birini dəstəkləyib. Ölkə liderləri arasındakı son görüşlər iki xalq arasındakı qardaşlıq əlaqələrinin sübutudur”, - o əlavə edib.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub