10 aprel 2025 19:00
196

AHİİTA idmançılarının uğurları davam edir

Serbiyanın Zlatibor şəhərində keçirilən məktəblilər arasında Gimnaziada yarışlarında qadın güləşi üzrə yarışlara yekun vurulub.

“İki sahil” xəbər verir ki, məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında yarışlara qatılan komandamız 6 medal qazanaraq uğurlu çıxışla yadda qalıb.

Medalçılar arasında AHİTA-nın qadın güləşçiləri Günel Kərimli (50 kq) və Gülay Xasməmmədova (33 kq) yarışda əzmkarlıq nümayiş etdirərək, müvafiq olaraq gümüş və bürünc medallara sahib olublar!
Bu nəticə həm gənc idmançılarımızın beynəlxalq arenadakı uğurunu, həm də AHİİTA-nın idmana verdiyi dəstəyin bariz nümunəsidir.