10 aprel 2025 23:52
188

İrana qarşı hərbi əməliyyat istisna deyil - Dövlət Departamenti

ABŞ İranla fikir ayrılıqlarını diplomatik yolla həllində maraqlı olsa da, müxtəlif ssenarilərə hazırdır.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus “Fox Business” telekanalının efirində bildirib.

“İran kimi bir ölkə ilə məşğul olmaq və razılığa gəlmək üçün çoxlu müxtəlif yollar var”, - o bildirib

Bryus əlavə edib ki, hazırkı ABŞ administrasiyası problemləri danışıqlar, sammitlər və müzakirələr yolu ilə həll etməkdə qərarlıdır.

O, dövlət başçısı Donald Trampın İrana qarşı hərbi əməliyyatları istisna etmədiyini də diqqətə çatdırıb.