Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
“İki sahil” xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda V turda "Helsinqborq Arena"da İsveçin qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, V qrupda Xorvatiya 12 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, Azərbaycan 2 xalla üçüncü, İsveç 1 xalla sonuncu - dördüncüdür.