Bu ilin birinci rübündə Energetika Nazirliyi tərəfindən 40 icazə verilib.
“İki sahil” Energetika Nazirliyinə istinadən xəbər verir ki, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı üzrə 24, ixracı üzrə 5 və tranziti üzrə 9 icazə verilib.
Rüb ərzində, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə 2 icazə verilib.
Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib
"Moody’s": "Bank Respublika" və "AccessBank"ın birləşməsi bankın Azərbaycan bazarındakı mövqeyini gücləndirəcək
2027-ci ilin büdcə siyasətində yeniliklər: vergi borclarına görə güzəştlər, DNF transfertlərinə yeni limit