11 aprel 2025 11:39
146

AFFA danışılmış oyunlara və qeyri-etik davranışlara görə cəzaları sərtləşdirəcək

Danışılmış oyunlardan başqa, futbol ailəsinə yaraşmayan qeyri-etik davranışlara görə daha sərt cəzalar veriləcək.

“İki sahil” xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf milli assosiasiyanın Hesabat Konfransında deyib.

O, bu barədə İcraiyyə Komitəsində müzakirə aparılacağını diqqətə çatdırıb:

"İdman prinsiplərinə zidd olan hərəkətlərin qarşısını almalıyıq".