“FIFA AFFA ilə güclü və sıx əlaqələrə malikdir”.
“İki sahil” xəbər verir ki, bu sözləri FIFA-nın nümayəndəsi Marion Qava AFFA-nın Hesabat Konfransında çıxışı zamanı deyib.
O, ali futbol qurumunun prezidenti Canini İnfantinonun salamlarını tədbir iştirakçılarına çatdırıb.
M.Qava FIFA-nın qadın futbolunun inkişafına xüsusi önəm verdiyini, bu səbəbdən 2028-ci ildən yeni turnirlərin təşkil olunacağını diqqətə çatdırıb. O, Azərbaycanda qadın futbolunun inkişafı münasibətilə AFFA-nı təbrik edib.